01Kim cavabdehdir
Bu sayt və moos proqramı moos tərəfindən idarə olunur. Məlumatlarınızla bağlı istənilən sual üçün saytdakı «Dəstək» pəncərəsi ilə yazın.
02Sayt hansı məlumatları toplayır
Dəstək söhbəti. Söhbətə yazanda adınız, telefonunuz və ya e-poçtunuz (yazmaq könüllüdür), mesajlarınız, mesajların vaxtı, söhbətin başladığı səhifə, IP ünvanınız və brauzerinizin növü saxlanılır.
Texniki jurnallar. Server hər sorğuda IP ünvanını, açılan ünvanı, vaxtı və brauzerin növünü jurnala yazır. Bu, saytın işini və təhlükəsizliyini yoxlamaq üçündür.
Başqa heç nə. Saytda qeydiyyat, reklam, analitika və izləmə xidməti yoxdur. Şriftlər, şəkillər və skriptlər öz serverimizdən yüklənir — saytı açanda üçüncü tərəfə sorğu getmir.
03Kukilər və brauzer yaddaşı
Sayt yalnız işləməsi üçün zəruri iki kuki işlədir: sessiya kukisi və saxta sorğulardan qoruyan CSRF kukisi. Hər ikisi 2 saat fəaliyyətsizlikdən sonra etibarsız olur. Reklam və analitika kukisi yoxdur.
Brauzerinizin yaddaşında (localStorage) iki şey saxlanılır: seçdiyiniz tema (açıq/tünd) və söhbətin açarı — səhifəni yeniləyəndə söhbət itməsin deyə. Brauzerin məlumatlarını təmizləsəniz, hər ikisi silinir.
04Məlumatı nə üçün işlədirik
- sualınıza cavab vermək və sizinlə əlaqə saxlamaq;
- quraşdırma və lisenziya ilə kömək etmək;
- saytı sui-istifadədən və hücumlardan qorumaq.
Məlumatlarınızı reklam üçün işlətmirik, satmırıq və başqasına vermirik.
05Məlumat kimə ötürülür
Hostinq. Sayt və onun bazası Oracle Cloud serverində yerləşir.
Telegram. Dəstək operatoruna bildiriş yandırılıbsa, yeni söhbətin mətni, adınız və yazdığınız əlaqə məlumatı Telegram vasitəsilə operatora göndərilir.
Qanunla tələb olunan hallar istisna olmaqla, başqa heç kimə ötürülmür.
06Nə qədər saxlanılır
- Söhbətlər — siz silinməsini istəyənə və ya operator silənə qədər;
- server jurnalları — 10 gün, sonra avtomatik silinir;
- sessiya — 2 saat fəaliyyətsizlikdən sonra bitir.
07moos proqramı və sizin məlumatınız
Proqramda vurduğunuz satışlar, mallar, qalıqlar, müştərilər, işçilər və hesabatlar sizin kompüterinizdə saxlanılır və bizə göndərilmir.
Proqram internetə yalnız bu hallarda çıxır:
- lisenziya yoxlaması — lisenziya açarı, kompüterin texniki identifikatoru və IP ünvanı lisenziya serverinə göndərilir; satış və müştəri məlumatı göndərilmir;
- Telegram bildirişləri — yalnız siz yandırsanız; gün sonu xülasəsi və xəbərdarlıqlar Telegram-a gedir;
- bulud nüsxəsi — yalnız siz yandırsanız; nüsxə şifrlənərək göndərilir. Söndürülübsə heç nə göndərilmir.
Lisenziyanın müddəti bitsə də məlumatınız sizdə qalır: baxmaq və ixrac etmək açıqdır.
08Hüquqlarınız
Azərbaycan Respublikasının «Fərdi məlumatlar haqqında» Qanununa uyğun olaraq, sizin haqqınızda hansı məlumatın saxlandığını öyrənmək, onu düzəltmək və ya silinməsini tələb etmək hüququnuz var.
Bunun üçün «Dəstək» pəncərəsi ilə yazın. Söhbətinizi silməyimizi istəyirsinizsə, elə söhbətin özündə yazmağınız kifayətdir.
09Təhlükəsizlik
Sayt yalnız şifrli bağlantı (HTTPS) ilə işləyir. Söhbətlərə yalnız səlahiyyətli işçilər admin paneldən baxa bilir; admin panelə giriş şifrə ilə qorunur.
10Bu siyasətin dəyişməsi
Siyasət dəyişsə, yeni mətn bu səhifədə dərc olunur və aşağıdakı tarix yenilənir.
Son yenilənmə: 12.11.2026
Sualınız var və ya məlumatınızın silinməsini istəyirsiniz?