moos

Konfiqurasiya

Mağaza üçün satış və anbar proqramı

Market, ərzaq və məişət malları mağazası. Kassa, mal qəbulu, sayım, nisyə dəftəri və axşam hesabatı bir proqramdadır.

Mağaza üçün satış və anbar proqramı

Problem → həll

Tanış problemlər və moos-da necə həll olunur

  • 01

    Növbə uzanır: barkodsuz malı axtarmaq vaxt aparır.

    moos

    Çörək, göyərti, çəki malları sürətli düymələrdə durur — bir basışla çekə düşür. Tərəzi etiketindəki barkoddan çəki özü oxunur.

    Alıcı nəyisə unudubsa, çek təxirə salınır və növbə gözləmir.

  • 02

    Axşam kassada pul çatmır, səbəbi bilinmir.

    moos

    Növbə bağlananda gözlənilən nağd və fərq görünür. Fərq səbəbsiz bağlanmır. Satışsız pul qutusunu açmaq, çek ləğvi, böyük endirim audit jurnalına yazılır və Telegram-a gəlir.

  • 03

    Mal bitəndə xəbər tutmursunuz.

    moos

    Hər mal üçün minimum qalıq qoyulur. Altına düşəndə proqram xəbər verir. Sifariş tövsiyəsi son 28 günün satışına və həftənin gününə baxır, internetsiz hesablanır və necə hesabladığını göstərir.

  • 04

    Nisyə dəftəri itir, kimin nə qədər borcu olduğu qarışır.

    moos

    Nisyə satış müştərinin hesabına yazılır, limit qoymaq olar. Müştəri ödəyəndə borc oradan bağlanır. Bonus proqramı da var: 1 bonus = 1 AZN endirim.

Ekranlar

Proqramda necə görünür

Kassa ekranı: səbətdə yeddi mal, cəmi 9,30 AZN, sağda rəqəm və sürətli düymələr

01

Kassa

Barkodla və ya sürətli düymə ilə vurulan mallar, cəm aşağıda iri yazılıb.

İcmal lövhəsi, bu gün: dövriyyə, brüt mənfəət, çek sayı, orta çek; diqqət tələb edən mallar və qarşıdakı ödənişlər

02

İcmal

Günün göstəriciləri dünənlə müqayisədə, bitməyə yaxın mallar və təchizatçıya ödənişlər.

Hesabatlar, bu ay: dövriyyə, brüt mənfəət, çek sayı, qaytarmalar və günlər üzrə qrafik

03

Hesabatlar

İstənilən dövr, Excel, CSV və ya PDF-ə ixrac.

Suallar

Suallar

Cavabını tapmadınız? Sağ aşağıdakı düymə ilə dəstəyə yazın.

Tərəzi ilə işləyirmi?

Bəli. Tərəzi çəki barkodlu etiket çap edirsə, kassa çəkini barkoddan oxuyur (çəki EAN-13 içindədir). Çəki malını əl ilə də yazmaq olar.

Qiymət etiketini çap etmək olar?

Bəli. TSPL/ZPL etiket printerində və ya adi printerdə A4 stikerə. Etiketin görünüşünü konstruktorda qurursunuz.

Bir mala bir neçə barkod olar?

Bəli. Qutunun öz barkodu da ola bilər: qutu oxudulanda içindəki say çekə düşür.

Bir neçə anbarım var.

Bir neçə anbar və anbarlar arası köçürmə var. Qalıq hər anbar üzrə ayrıca görünür.

14 gün öz işinizdə sınayın

Qeydiyyat tələb etmir. Bütün imkanlar sınaq müddətində açıqdır.