Konfiqurasiya
Aptek üçün satış və anbar proqramı
Aptek konfiqurasiyasında partiya və son istifadə tarixinin uçotu məcburidir. Tarixi yaxınlaşan dərman rəfdə unudulmur.
Problem → həll
Tanış problemlər və moos-da necə həll olunur
-
01
Son istifadə tarixi keçmiş dərman rəfdə qalır.
moosMal qəbulunda partiya və son istifadə tarixi yazılmadan qəbul keçmir. Qalıqlar siyahısında hər malın ən yaxın tarixi və qalan günlər görünür; vaxtı keçən və tezliklə bitən mallar ayrıca sayılır.
-
02
Satışda köhnə partiya qalır, təzəsi satılır.
moosSatışda əvvəl tarixi yaxın olan partiya silinir. Kassir hansı qutunu götürdüyünü düşünmür — uçot özü düzgün partiyadan çıxır.
-
03
Qutu ilə alırsınız, ədədlə satırsınız.
moosMalın qablaşdırma vahidləri olur, qutunun öz barkodu ola bilər. Qutu oxudulanda içindəki say çekə düşür.
-
04
Vaxtı keçən malı silmək və təchizatçıya qaytarmaq qarışıqdır.
moosSilinmə və təchizatçıya qaytarma ayrıca anbar sənədləridir, səbəbi ilə. Səhv silinməni menecer sənəddə ləğv edə bilər: qalıq və partiyalar geri qayıdır.
Ekranlar
Proqramda necə görünür
01
Qalıqlar
Son istifadə tarixi və partiyalar. Ekranda nümunə məlumatdır.
02
Mal qəbulu
Hər sətirdə partiya nömrəsi və son istifadə tarixi.
03
Anbarın vəziyyəti
Müddəti yaxınlaşan və bitən mallar bir baxışda.
Suallar
Suallar
Cavabını tapmadınız? Sağ aşağıdakı düymə ilə dəstəyə yazın.
Partiyasız mal qəbul etmək olar?
Aptek konfiqurasiyasında yox: son istifadə tarixi məcburidir. Digər konfiqurasiyalarda partiya istəyə bağlıdır.
Bitməyə yaxın mallar barədə necə xəbər tuturam?
Qalıqlar ekranında «Vaxtı keçib» və «Tezliklə bitir» sayğacları var, İcmal lövhəsində yaxın müddətlər ayrıca göstərilir. Telegram bildirişləri də qurula bilər.
Aptek lisenziyası mağaza bazasını açırmı?
Xeyr. Lisenziya konfiqurasiyaya bağlıdır: aptek kodu yalnız aptek bazasını aktivləşdirir.
14 gün öz işinizdə sınayın
Qeydiyyat tələb etmir. Bütün imkanlar sınaq müddətində açıqdır.
