Yükləmə və quraşdırma
Yükləyin, qurun, ilk çeki vurun
Quraşdırmadan sonra 14 günlük sınaq dərhal başlayır. Qeydiyyat yoxdur, lisenziya kodu lazım deyil.
moos — Windows üçün quraşdırma paketi
Paketi yükləYükləmə linki tezliklə. İndi üçün dəstəyə yazın — paketi göndərək.
Tələblər
Sistem tələbləri
- Əməliyyat sistemi
- Windows 10 və ya 11, 64-bit
- WebView2
- Windows-da adətən artıq quraşdırılıb
- İnternet
- İşləmək üçün lazım deyil. Yalnız lisenziya, Telegram və bulud nüsxəsi üçün.
- Çoxkassa
- Bütün kompüterlər eyni Wi-Fi və ya kabel şəbəkəsində
Paketin içi
Paketdə dörd qovluq var
-
1-KASSAProqramın özü. Hər kassa kompüterinə quraşdırılır.
-
2-SERVERMəlumat mərkəzi. Yalnız çox kassa olanda və yalnız BİR kompüterdə.
-
3-MODULLARKonfiqurasiya faylları (.mssn): Mağaza, Aptek, Restoran, İnşaat. Proqram ilk açılışda birini yükləyir.
-
4-METBEXAşbaz ekranı — ayrıca proqram, yalnız restoran üçün. Aşbazın kompüterinə qurulur və serverə qoşulur.
Addımlar
Quraşdırma beş addımdır
Tək kassa
Bir kompüter, şəbəkə lazım deyil.
- «1-KASSA» qovluğundakı quraşdırıcını işə salın.
- İlk açılışda «3-MODULLAR»-dan sahənizə uyğun modulu (.mssn) seçin.
- «Tək kassa» düyməsini basın. Server lazım deyil.
- PIN
0000ilə daxil olun (Administrator) və PIN-i dərhal dəyişin. - Obyektin adını yazın, işçiləri əlavə edin, malları yükləyin.
Çox kassa (2–10)
Bütün kompüterlər eyni şəbəkədə olmalıdır.
- Bir kompüteri server seçin (adətən əsas kassa). «2-SERVER» qovluğunu ora köçürüb
SERVERI-BASLAT.batfaylını işə salın. - Ekranda çıxan ünvanı (
http://192.168.x.x:7070) və mağaza tokenini qeyd edin. Token2-SERVER\store-token.txtfaylında da var. - Hər kassaya «1-KASSA» quraşdırıcısını qurun.
- Proqram açılanda «Şəbəkədə axtar» → serveri seçin → tokeni yazın → «Qoşul». Ünvanı əl ilə də yazmaq olar.
- Server kompüteri açıq qalmalıdır ki, kassalar işləsin.
İlk giriş
Hər işçi öz PIN-i ilə
Əməliyyatlar işçinin adına yazılır. İlk PIN 0000-dır, ilk girişdən sonra onu dəyişin.
Sualınız olsa, yazın — quraşdırmada kömək edərik.
Quraşdırmada çətinlik?
Yazın, addım-addım kömək edək. Ekran şəklini göndərmək kifayətdir.